Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 19:56
Feybukun gəliri 2020-ci ilin dördüncü rübündə ötən ilin eyni dövrün göstəricilərinə nisbətən 33 faiz artıb. Müvafiq məlumatlar şirkətin maliyyə hesabatlarında verilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, 31 dekabr 2020-ci il tarixində bitən üç ayda Feysbukun gəliri 2019-cu ilin eyni dövründəki 21,082 milyard göstəricisinə nisbətən 28,072 milyard dollar təşkil edib. Eyni zamanda, şirkətin illik gəliri 22 faiz - 85,965 milyard dollara yüksəlib.
Şirkətin keçən il IV rübündə xalis mənfəəti bir il əvvəlki 7.349 milyard dollarla müqayisədə 11,219 milyard dollara çatıb. İllik olaraq şirkətin mənfəəti 29,146 milyard dollara yüksəlib (2019-cu il - 18,485 milyard). Sosial şəbəkənin gündəlik istifadəçilərinin sayı il ərzində 11 faiz artaraq 1.84 milyard nəfər təşkil edib.
Feysbukun hesabatında 2020-ci ildəki iqtisadi müvəffəqiyyətinin böyük həcmdə onlayn ticarətə olan tələbdən qaynaqlandığı və bunun şirkət reklam gəlirlərində rüblük 31 faiz artmasına səbəb olduğu qeyd edilir.