Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ucuz “iPhone” smartfonunun varisi təqdim ediləcək

Ucuz “iPhone” smartfonunun varisi təqdim ediləcək

Tarix: 2 Fevral 2021 22:44

Yaxın vaxtlarda "Apple" korporasiyası SE modelinin varisi olacaq yeni smartfonunu təqdim edəcək. Bu haqda öz mənbələrinə istinadən "GizChina" portalı məlumat verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "SE Plus" adlandırılacaq yeni cihaz ön kamera üçün kəsik və "Face ID" sensoruna malik 6,1 düymlük ekranla təchiz ediləcək. Smartfona daktiloskopik sensor quraşdırılacaq - o, kənar düyməyə yerləşdiriləcək.

"SE Plus" modeli 12 meqapiksellik kamera, "Apple A14 Bionic" prosessoru ilə təchiz ediləcək. Bundan başqa, yeni model "5G" şəbəkələrini dəstəkləyəcək. Cihaz üç rəngdə (qara, ağ və qırmızı) təqdim ediləcək. Bütün modellər su və toza qarşı dayanıqlı olacaq.

Portalın məlumatına görə, yeni aparatın dəyəri 499 dollar təşkil edəcək.


Etiketlər:  Ucuz iPhone smartfonunun varisi təqdim ediləcək


RƏYLƏR