Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yelo Bank 2021-ə 2 milyondan çox mənfəətlə başlayıb

Yelo Bank 2021-ə 2 milyondan çox mənfəətlə başlayıb

Tarix: 3 Fevral 2021 10:24

Bakı. Trend:

Yeni ilə yeni hədəflərlə başlayan Yelo Bank düzgün qurulan strategiyanın ilk bəhrələrini artıq görməyə başlayıb.

Karantin şərtlərinin yumşalması ilə real sektora dəstəyini bir qədər də gücləndirən Yelo Bank Yanvar ayını 2.1 mln AZN mənfəətlə başa vurub.

Bankın ümumi kredit portfeli də artaraq 312 mln AZN təşkil edib. Bu artımda əsas pay biznes kreditlərinin üzərinə düşür.

Belə ki, 2021-ci ilin ilk ayı ərzində bank keçən ilin dekabr ilə müqayisədə 4.6 mln AZN daha çox kredit verib.

Bununla yanaşı, əvvəlki dövrlərlə müqayisədə bankın əməliyyat xərclərində də nəzərə çarpan azalma müşahidə olunub.

Yanvar ayının göstəriciləri Yelo Bank-ı 2021-ci ilə qoyulmuş böyük hədəflərə daha da yaxınlaşdıran ilk uğurlarındandır.

Yelo Bank – Parlaq Bankçılıq!


Etiketlər:  Yelo Bank 2021 ə 2 milyondan çox mənfəətlə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ