Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlıdır

Polşa Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlıdır

Tarix: 17 Aprel 2019 23:33

Bakı. Trend:

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın Dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrobarçik ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, nazir Marek Qrobarçik Polşa Limanlarının fəaliyyəti haqqında ətraflı məlumat verərək, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə böyük potensialın mövcudluğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Polşa arasında limanlararası əməkdaşlığın vacibliyini qeyd edərək, Bakı Beynəlxalq Dəniz ticarəti Limanı və limanın tikintisinin hər üç mərhələləri haqqında dolğun məlumatı qarşı tərəfin diqqətinə çatdırdı. Həmçinin Nazir Bakı Beynəlxalq dəniz Ticarəti Limanı ilə Qdansk dəniz Limanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun artıq razılaşdırıldığını qeyd etdi.

Daha sonra M.Qrobarçik Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında texnologiya sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğuladı. Nazir M.Qrobarçik ölkəsinin dəniz məhsullarının istehsalı ilə bağlı Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Görüşdə iki ölkə arasında tranzit və inter modal daşımaçılıq məsələləri haqqında müzakirələr aparılırdı.

Nazir Elmar Məmmədyarov M.Qrobarçiki Azərbaycana səfər etməyə dəvət etdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Polşa Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ