Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanadan çıxan Çingizi qızı görmək istəmədi - Evsiz qalıb - VİDEO

Xəstəxanadan çıxan Çingizi qızı görmək istəmədi - Evsiz qalıb - VİDEO

Tarix: 3 Fevral 2021 12:26

Mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz xəstəxanadan buraxılıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, spirtli içki aludəçisi olan Çingiz "Elgizlə izlə" proqramına gəlib. Aparıcı Elgiz Əkbər bildirib ki, onun qalmağa evi yoxdur:

"Mənim elə imkanım yoxdur ki, Çingizə ev tutum, onu saxlayım. Bir-iki gün qalmaq üçün yer taparam, amma nə qədər? Qocalar evi də onu qəbul etmir, çünki dosyesi onlara gedib və yaxşı olmadığını görüblər. Kimə deyirik, qəbul etmir".

Çingiz 5 yaşında tərk etdiyi qızını görmək istəyib və proqram heyəti onunla əlaqə saxlamağa çalışıb. Adını açıqlamaq istəməyən və ailənin yaxını olduğunu deyən xanım canlı yayıma zəng edib. O bildirib ki, qızı onunla görüşmək istəmir:

"Çox sağ olun ki, onun qayğısını çəkirsiz. Çingizin ayrıldığı həyat yoldaşı ikinci dəfə ailə qurub. Həmin adam da onun övladına adını və soyadını verib. İndi o qız 5 yaşında deyil. Onun 30-dan çox yaşı var və ailəlidir. Bu yaşda onu narahat etmək düzgün deyil, onun ətrafı var. Çingiz efirlərə çıxır, hamı görür, qızın da ondan xəbəri var, istəsə, əlaqə qurardı. Onları bu barədə axtarmayın".


Etiketlər:  Xəstəxanadan çıxan Çingizi qızı görmək istəmədi Evsiz qalıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ