Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub (FOTO)

Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub (FOTO)

Tarix: 3 Fevral 2021 16:16

Bakı. Samir Əli - Trend:

Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşdırılıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir.

Torpaq əsaslı və çınqıl örtüklü yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildi. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır.

Yolun ümumi uzunluğu 13 km-dir. Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb.

Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu asfaltlanma işləri 78 min kv.m sahəni əhatə edib. Tikintinin aparıldığı ümumi ərazi isə 130 min kv.m-dən çoxdur.

Layihə çərçivəsində çiyinlərin optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılıb. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da layihə üzrə icra olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

Ərəbqədim–Göydərə sakinlərinin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək yeni yol 2 mindən artıq əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qəsəbələr və kəndlər arası yolların yenidən qurulmasını da geniş əhatə edir. Başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolunun yenidən qurulması da yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsidir.

Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulub (FOTO) - Gallery Image


Etiketlər:  Qobustan rayonunun ƏrəbqədimGöydərə avtomobil yolu yenidən qurulub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ