Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda övladlarını məktəbə göndərməkdən imtina edənlərin sayı AÇIQLANDI

Bakıda övladlarını məktəbə göndərməkdən imtina edənlərin sayı AÇIQLANDI

Tarix: 3 Fevral 2021 16:34

Bakıda 1 106 şagirdin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sonxeber.net-a verilən məlumata görə, ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Qeyd edək ki, mövcud təlimatlara uyğun olaraq, övladının əyani formada təhsil almasını istəməyən valideyn bununla bağlı məktəb rəhbərliyinə yazılı müraciət edə və bu təhsil formasından imtina edə bilər.


Etiketlər:  Bakıda övladlarını məktəbə göndərməkdən imtina edənlərin sayı AÇIQLANDI


RƏYLƏR