Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda əhali kütləvi şəkildə ölkəni tərk edir

Ermənistanda əhali kütləvi şəkildə ölkəni tərk edir

Tarix: 3 Fevral 2021 20:20

Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Rusiya ilə sərhədlərin açılması bu axını daha da sürətləndirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təkcə cari ilin yanvarında 10 minə yaxın erməni Rusiya, Ukrayna və digər ölkələrə üz tutub. Ukraynaya getmək istəyənlər müəyyən problemlərlə üzləşiblər. Onların bəziləri ya geri qayıdıb, ya da başqa ölkələrə üz tutublar.

Mətbuatın yazdığına görə, ermənilər ən çox Rusiyaya gedirlər. Ötən il 30 min 500 Ermənistan vətəndaşına Rusiya pasportu verilib. Ümumiyyətlə, son 3 ildə 82 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb.

Analitiklər hesab edirlər ki, ermənilərin başqa ölkələrə köç etməsi əsasən Ermənistandakı acınacaqlı vəziyyət ilə əlaqədardır. Hesablamalara görə, ölkədə təbii artım da xeyli azalıb. Əgər belə davam edərsə, Ermənistanda demoqrafik vəziyyət çox acınacaqlı olacaq və ölkədə təxminən bir milyona yaxın əhali qalacaq.


Etiketlər:  Ermənistanda əhali kütləvi şəkildə ölkəni tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ