Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 21:52
Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib.
Sonxeber.net qafqazinfo-ya istinadla xəbər verir ki, nazir Vilayət Eyvazovun əmri ilə Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə H.Əmiraslanov Tovuz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, bir müddət öncə Tovuz RPŞ rəisi Şirzad Əsgərov təqaüdə göndərilib.
Ş. Əsgərov 2019-cu ilin noyabr ayında itkin düşən və ölkə gündəmini zəbt edən 10 yaşlı Nərmin Quliyevanın 45 gün ərzində tapılmamasına görə medianın gündəminə gəlmiş və ictimaiyyətin tənqid hədəfi olmuşdu.