Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 04:00
Bakı. Trend:
ABŞ-da koronavirusa (COVID-19) yoluxma sayı və bununla əlaqədar xəstəxanaya yerləşdirmə sayı azalmağa davam edir.
Trend-in məlumatına görə, bu barədə "The Hill" nəşri Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Roşel Valenskiyə istinadən bildirib.
Qeyd edilib ki, sutkada koronavirusa yoluxmanın yeni halları yanvarın 8-də maksimuma çatıb, lakin sonra 13,4 fazi azalıb.
Orta hesabla, 26 yanvar - 1 fevral tarixləri arasında hakimiyyəti orqanları sutkada 144 min yeni yoluxma halları qeyd ediblər.
Ölüm sayı artmağa davam edir, ancaq ölüm hallarında artım tempi azalır.