Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyada son sutkada koronavirusdan 1322 nəfər həyatını itirib

Britaniyada son sutkada koronavirusdan 1322 nəfər həyatını itirib

Tarix: 4 Fevral 2021 08:14

Böyük Britaniyada son sutka ərzində 1322 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 109 335 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 19 202 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 871 825 nəfərdir.

Milli.Az


Etiketlər:  Britaniyada son sutkada koronavirusdan 1322 nəfər həyatını itirib


RƏYLƏR