Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanın laxtalanması və trombun əmələ gəlməsi

Qanın laxtalanması və trombun əmələ gəlməsi

Tarix: 4 Fevral 2021 08:42

Sağlam insanda fəaliyyət göstərən trombositar - damar sistemi və koaqulasyon hemostaz damar divarının tamlığını təmin edir. Normalda kiçik damarlar zədələnəndə, qanaxma 1 - 2  dəqiqəyə dayanır. Bu əsasən trombasitlərin çökməsi və aqreqasiyası, az dərəcədə isə damarların spazmı hesabına baş verir. Bu prosesdə aparıcı rolu qan damarı divarının zədələnməsi, subendoteliail toxuma strukturunun, xüsusilə kollagenin aşılanması oynayır. Kollagenin və subendotelin tərkibində olan Villebrand faktorunun təsiri altında trombositlərin cəld aktivləşməsi baş verir. Bu zaman trombositlər öz formasının dəyişir, şişir, tikanabənzər çıxıntı əmələ gətirir, yaranın kənarında birləşdirici toxuma lifinə yapışır. Zədələnmiş damar divarının subendotelinə trombositlərin çökməsi damar trombohemostazının başlanğıc mərhələsi hesab olunur.
Eyni zamanda zədələnmiş hüceyrələrdən ifraz olunan katexolaminlər, serotonon və kallogen trombositlərin aqressiya qabiliyyəti artır. Bu zaman trombositlərdən elektron sıxlıqlı qranullu trombosit tərkibli maddələr əmələ gəlir. Bu maddələr qanın laxtalanma qabiliyyətinin artmasına səbəb olur.
Yada salmaq lazımdır ki, trombositlər tromb əmələ gətirən nahiyədə lokal laxtalanmanın intensivliyinə və sürətinə təsir edir.
Plazma azad olunmuş lövhə faktorları və toxuma trombositlərin qarşılıqlı təsiri nəticəsində qanın laxtalanması baş verir. Birincili hemostaz sahəsində az miqdarda trombin yaranır. Bu bir tərəfdən trombositlərin geridönməz prosesini başa çatdırır, digər tərəfdən fibrin əmələ gəlməsinə səbəb olur.
Koronar aterosklerozlu xəstələrdə trombosit-damar hemostazının aktivləşməsi koronar ürək çatışmazlığının yaranma prosesində aktiv iştirak edir. Endotel örtüyün çoxsaylı qüsuru trombun əmələ gəlməsinin səbəblərindən biridir.
Beləliklə, ürəyin işemik xəstəliyi olan adamların qanında trombun əmələ gəlməsi, həmçinin trombdan qopmuş fraqment emboliyanın formalaşmasına səbəb olur. Bu hal ən çox qeyri-stabil stenokardiya və kəskin infarkt keçirən xəstələrdə bvaş verir.
Trombun əmələ gəlməsində risk faktorları:
- ürəyin işemik xəstəlikləri
- hiperlipidemiya
- şəkərli diabet
- yüksək arterial təzyiq
- trombögen amillər
- siqaret çəkmə
- mənfi emosiyalar
- piylənmə
- az hərəkətli həyat tərzi
- irsi faktorlar
- qanın laxtalanma sisteminin pozulması.
Qanda trombun əmələ gəlməsi aşağıdakı xəstəliklərə səbəb ola bilir:
- stenokardiya
- ürək ritminin pozulması
- ürək çatışmazlığı
- qəfləti ölüm.


Etiketlər:  Qanın laxtalanması trombun əmələ gəlməsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ