Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Öldürdüyü qadını sərnişin kimi yanında oturdub kilometrlərlə yol getdi - FOTO

Öldürdüyü qadını sərnişin kimi yanında oturdub kilometrlərlə yol getdi - FOTO

Tarix: 4 Fevral 2021 08:54

Sevgilisini öldürdükdən sonra avtmobilində sərnişin kimi otuzdurub, kilometrlərlə yol getdi.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Türkiyədə baş verib.

Məlumata görə, Arzu Aygün adlı iki uşaq anası evdən çıxdıqdan sonra bir daha geri dönməyib. Yaxınları onun axtarışına başlayıblar.

İstintaq zamanı cinayəti Aygünün uzun müddət bir yerdə olduğu Muhərrəm Coşqunun həyata keçirdiyi məlum olub. O, qadını tapança ilə vurduğunu etiraf edib və cəsədin yerini deyib.

Caninin sözlərinə görə, hadisə günü Arzu ilə avtomobildə dalaşıblar. Qadın ondan ayrılmaq istədyini, başqasını sevdiyini və özünə yeni həyat qurmaq istədiyini deyib. Bundan qəzəblənən kişi onun başından güllə ilə vurub. Sonra isə avtomobilində sərnişin kimi başqa şəhərə aparıb və orada basdırıb.

Baş verənlərlə əlaqədar kişi həbs olunub.

Milli.Az


Etiketlər:  Öldürdüyü qadını sərnişin kimi yanında oturdub kilometrlərlə yol getdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ