Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xızı sakinindən narkotik götürülüb

Xızı sakinindən narkotik götürülüb

Tarix: 4 Fevral 2021 10:27

Bakı. Trend:

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Şorabad qəsəbə sakini A.Sadıqov qəsəbə ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, A.Sadıqovdan sellofan torbada təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı A.Sadıqov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.


Etiketlər:  Xızı sakinindən narkotik götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ