Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azəri-Çıraq-Günəşli'' blokunda hasilat azalıb

''Azəri-Çıraq-Günəşli'' blokunda hasilat azalıb

Tarix: 4 Fevral 2021 11:04

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

2020-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 477 000 barel təşkil edib.

Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə AÇG-də sutkalıq hasilat həcmi orta hesabla 535 min barel olub.

Hesabatda deyilir: "2020-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (34 900), Mərkəzi Azəri (113 200), Qərbi Azəri (118 900), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (95 400) və Qərbi Çıraq (50 400) platformalarından birlikdə – gündə orta hesabla 477 000 barel və ya ümumilikdə təxminən 175 milyon barel, yəni 23,6 milyon ton olub."

İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.


Etiketlər:  Azəri Çıraq Günəşli blokunda hasilat azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ