Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 12:40
Bakı. Trend:
Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv seçilib.
Belə ki, Direktorlar Şurasının qərarına əsasən Günel Rəhimova “Atəşgah” SŞ-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Rəhimova Günel Cəfərağa qızı 2011-ci ildə “Atəşgah” SŞ-nə işə qəbul olaraq “Anderraytinq və təkrarsığorta” şöbəsində müxtəlif vəzifələr tutmuşdur. 0, 2015-ci ildə - şöbə müdiri, 2018-ci ildə isə “Sığorta risklərinin qiymətləndirilməsi” idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Peşəkar fəaliyyəti çərçivəsində bir çox nailiyyətlər qazanmış Günel Rəhimova “Chartered Insurance Institute”-nin diplomunu və “Assurance Medical Underwriting Society”-nin sertifikatını əldə etmişdir.
Qeyd edək ki, hazırda “Atəşgah” SŞ-nin İdarə Heyətinin sədri vəzifəsini Əliyev Azər Allahverdi oğlu, İdarə Heyəti Sədrinin müavini vəzifəsini isə İsmayılov Fuad Faiq oğlu və Rzayev Orxan Faid oğlu icra edirlər.