Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 15:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Azyşalı uşağı olan gənc müəllimlər şikayət edirlər ki, əgər bağçalar bağlıdırsa, biz əyani dərslərdə necə iştirak edək. Lakin bu, təhsil sisteminin problemi deyil, ailədaxili problemdir. Bunun həll yolları da ailə daxilində tapılmalıdır.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, hazırkı epidemioloji qaydalara əsasən, yalnız 65 yaşdan yuxarı olan müəllimlərin əyani dərslərə cəlb edilməməsi nəzərdə tutulub:
“Hazırda epidemioloji vəziyyəti nəzərə almaqla, əyani dərslərə tezliklə qayıtmayılıq. Çünki bu çoxluğun tələbidir. Burada təhsilverənlərin mənafeyi əsas götürülür”.