Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 16:28
Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:
"Şahdəniz 2" layihəsi çərçivəsində dərinsulu Şərq-Cənub cinahından (suyun 540 metr dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin ikinci rübünə planlaşdırılır.
Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.
Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.
2020-ci il ərzində "Şahdəniz 2" layihəsi şərq-cənub cinahından qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırıb. "İsrafil Hüseynov" borudüzən gəmisi hər biri 18,3 km uzunluğunda olan iki dərinsulu axın xətlərinin mexaniki quraşdırılmasını təhlükəsiz şəkildə başa çatdırıb. Axın xətlərinin birləşdirmə blokunun quraşdırılması və digər sualtı quraşdırma işləri Xankəndi sualtı tikinti gəmisi vasitəsilə uğurla yerinə yetirilib.