Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 17:12
Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov vəzifəsində işinə davam edəcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, funksioner yekdilliklə təşkilatın rəhbəri vəzifəsinə 4 il müddətinə yenidən seçilib. O, son seçkilərdə yeganə namizəd olub.
Qeyd edək ki, Dyukov 22 fevral 2019-cu ildən bəri Rusiya Futbol İttifaqının rəhbəridir.