Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 20:12
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 dekabr tarixli 1210 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilir:
6.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.5-1-ci yarımbənd əlavə edilsin:
"6.5-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müəyyən etdiyi giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi.".
Aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilir:
"12-1. Bu Fərmanın 4-cü, 5-ci, 7-ci və 8-ci hissələri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edildiyi ərazilərə şamil edilmir."