Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdamda PARTLAYIŞ: Əsgərimiz həlak oldu - YARALILAR VAR

Ağdamda PARTLAYIŞ: Əsgərimiz həlak oldu -  YARALILAR VAR

Tarix: 4 Fevral 2021 21:06

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.
Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.
Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və  Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!


Etiketlər:  Ağdamda PARTLAYIŞ Əsgərimiz həlak oldu YARALILAR


RƏYLƏR