Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 22:33
Hemorragik diatezlər anadangəlmə və qazanılma xəstəliklər qrupu olmaqla spontan və ya travmadan sonra törənir. Xəstəliyin əsas klinik təzahürü hemorragiyalardır ki, bu da özünü təkrari qanaxma və qansızmalara meyilliklərlə göstərir.
Daxili xəstəliklər praktikasında hemorragiyalar aşağıdakı vəziyyətlərdə rast gəlinir:
1. Xəstəliyin əsas təzahürü kimi (trombositopenik purpura,hemofiliya,Osler-Veber-Randyu sindromu və s.)
2. Müəyyən bir xəstəliyin sindromu (qaraciyər sirrozu, qırmızı qurd eşənəyi və s.)
3. Aparılmış müalicələrin fəsadlaşması (duz və qeyri-duz antikoaqulyantlar, fibrinolitik preparatlar və s.)
Qanaxmanın ifadəsi geniş intervalda tərəddüd edə bilir. Yəni qanaxmalar dəri və dərialtı təbəqəyə kiçik qansızmalardan tutmuş oynaq daxilinə, əzələarası sahələrə massiv qanaxmalar, habelə daxili orqanlardan qanaxmalar (bağırsaq, mədə, uşaqlıq)şəklində ola bilir.
Hemoragik diatezlərin kliniki təzahürləri olduqca müxtəlifdir. Bu hemorragik sindromun forma və ifadə dərəcəsindən, müxtəlif orqan və sistemlərin prosesə cəlb olunmasından və ağırlaşmalardan asılıdır. Hemorragik diatezlər zamanı xəstələrdə aşağıdakı əlamətlər meydana çıxır:
- böyük orqanlara, dərialtı piy təbəqəsinə, peritonarxası boşluğa ağrılı qansızmalar
- patoloji sınıqların, deformasiyaedici artrozun, patoloji sınıqların inkişaf etməsi
- əzələlərin atrofiyası
- posttravmatik və postoperasion profuz qanaxmalar.
Hemorragik diatezlər zamanı bəzən xəstələrin dərisini əl ilə dartdıqda belə qansızmalar baş verir. Hemorragiyalar zamanı oynaq qansızmalarına da rast gəlinir ki, bu da nadir hallarda baş verir. Bəzi hallarda dəridə hemoragik səpgilər müşahidə olunur ki, buna hemorragik vaskulitlərdə rast gəlinir.
Xəstəliyin müayinəsi qanaxma müddətinin təyin edilməsi ilə başlayır. Bu qanaxmada hemostazın trombositar həlqəsinin iştirakını aydınlaşdırmağa imkan verir.