Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2019 15:06
Bakı. Trend:
Qaradağda ikimərtəbəli ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümümi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyünün, tavanının yanar konstruksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin