Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki yataq xəstəsinin qaldığı mənzildə yanğın: Zəhərlənənlər var (ƏLAVƏ OLUNUB)

İki yataq xəstəsinin qaldığı mənzildə yanğın: Zəhərlənənlər var (ƏLAVƏ OLUNUB)

Tarix: 5 Fevral 2021 10:54

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 kv.m olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 kv.m sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in məlumatına görə, yanğının baş verdiyi mənzildə hər ikisi yataq xəstəsi olan ana və oğlu yaşayır. Hadisə xalçanın üzərinə yanan siqaretin düşməsi ilə baş verib.


Etiketlər:  İki yataq xəstəsinin qaldığı mənzildə yanğın Zəhərlənənlər ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ