Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 10:40
Yaxın bir neçə həftə ərzində Rusiyada genişmiqyaslı etiraz aksiyaları təşkil olunmayacaq.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Navalnı regional qərargah şəbəkəsi"nin rəhbəri Leonid Volkov sosial şəbəkədə yazıb:
"Navalnının qərargah şəbəkəsi yaxın bir neçə həftə ərzində yeni ümumrusiya aksiyaları təşkil etməyəcək, amma bunu mütləq yazda edəcək".
Xatırladaq ki, yanvarın 23-də müxalifətçi bloger Aleksey Navalnının həbsinə etiraz olaraq Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib və bu aksiyalar 31 yanvaradək davam edib. Fevralın 2-də məhkəmənin Navalnı ilə bağlı 3,5 illik həbs qərarından sonra da etiraz aksiyaları yenidən başlamışdı.