Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsidir

Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsidir

Tarix: 5 Fevral 2021 13:09

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Türkiyənin sonnoktahaber.com informasiya portalına müsahibə verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, müsahibədə Azərbaycandakı çoxmədəniyyətlilik və tolerantlıq ənənələrindən söhbət açılır.

Azərbaycandakı müasir multikultural və tolerantlıq mühitini şərh edən R.Həsənov ölkədə multikulturalizm ənənələrinin min illik tarixə malik olduğunu bildirərək, bu gün çoxmədəniyyətli dəyərlərin cəmiyyətin ayrılmaz bir hissəsini təşkil etdiyini vurğulayıb. ''Azərbaycan cəmiyyətindəki uğurlu tolerantlıq atmosferi, mədəniyyətlərarası dialoq, multikulturalizmin inkişaf modeli olaraq dünyanın diqqətini çəkir. İndi dünyada çoxmədəniyyətli modelin humanizm və tolerantlıq prinsiplərinə əsaslandığı qəti şəkildə qəbul edilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və apardığı sabit və müdrik siyasət Azərbaycanda tolerantlıq ənənələrinin qorunub saxlanılması və daha da inkişafı üçün əlverişli şərait yaradıb. Multikulturalizm siyasətinin bu gün uğurla həyata keçirilməsi, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin bu mövzuda işini fədakarlıqla həyata keçirən Prezident İlham Əliyevin adı ilə əlaqələndirilməlidir. Prezident İlham Əliyev multikulturalizm siyasətini günü-gündən yeni tarixi şəraitdə inkişaf etdirir və ölkənin daxili və xarici siyasətinin vacib tərəfi kimi təqdim edir."

Müsahibədə qeyd edilir ki, Azərbaycanda müxtəlif xalqların, mədəniyyətlərin, dinlərin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Dövlətin və ölkə rəhbərliyinin bütün dinlərə bərabər münasibəti, dinlərarası əlaqələrin inkişafına və bu münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına kömək edir. Bundan əlavə, Azərbaycan ailəsində müxtəlif xalqların nümayəndələrinin dinc yanaşı yaşaması və çalışması ölkənin təməl mənəvi dəyərlərindən biridir. “Azərbaycanda güclü multikultural bazaya sahib olan tolerant mühit müasir inkişafın əsas göstəricilərindəndir. Bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq, ölkəmizdəki multikulturalizmi "normal həyat tərzi" kimi qiymətləndirir və bu istiqamətdə dövlət səviyyəsində inkişafa böyük dəstək verir. Bu mənada, müasir dövrdə Azərbaycan Respublikasında multikulturalizmlə bağlı həyata keçirilən məqsədyönlü dövlət siyasəti həyat həqiqətlərini tamamlayır."

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qurulan azərbaycançılıq ideologiyasının ölkədəki bütün xalqların və etnik qrupların birlik və həmrəyliyini təcəssüm etdirdiyini diqqətə çatdıran R.Həsənov, ölkədə sabit və dinamik həyat, inkişaf etməkdə olan cəmiyyətin bu siyasətin maddi - praktik nəticəsi olduğunu vurğulayıb.


Etiketlər:  Azərbaycan multikulturalizm tolerantlıq nümunəsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ