Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 15:00
Qazaxıstan müdafiə naziri general-leytenant Nurlan Yermekbayev, Türkiyənin müdafiə nazirinin müavini Muhsin Dereni qəbul edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Görüşdə Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev, birgə müəssisələrin yaradılmasında hərbi-texniki əməkdaşlığın, Qazaxıstanın Milli Müdafiə Universiteti və Türkiyənin hərbi təhsil müəssisələrində ixtisaslı mütəxəssislərin hazırlanmasının vacibliyini qeyd edib.
Qazaxıstan Respublikası Müdafiə nazirinin müavini general-mayor Muhammedjan Talasovun türkiyəli həmkarı Muhsin Dere ilə görüşü zamanı Türkiyənin böyük müdafiə şirkətləri ilə əməkdaşlıq məsələləri də müzakirə edilib.
Tərəflər servis xidmətlərinin Qazaxıstan müəssisələrindən birində lokallaşdırılması ilə müxtəlif növ PUA-ların alınmasını müzakirə edib, habelə türk müəssisələrinin istehsal etdiyi zirehli silahların imkanları ilə tanış olublar.