Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrov: “Rusiya və Aİ arasında münasibətlər normal deyil”

Lavrov: “Rusiya və Aİ arasında münasibətlər normal deyil”

Tarix: 5 Fevral 2021 16:22

Bizim hamımızın qarşılaşdığı başlıca problem Rusiya ilə Avropa İttifaqı - Avrasiya məkanındakı iki böyük oyunçu arasında normal münasibətlərin olmamasıdır.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşündə deyib. 

"Bizim hamımızın qarşılaşdığı başlıca problem Rusiya ilə Avropa İttifaqı - Avrasiya məkanındakı iki böyük oyunçu arasında normal münasibətlərin olmamasıdır. Bu, əlbəttə ki, qeyri-sağlam vəziyyətdir və heç kəsə xeyir gətirmir. Biz bugünkü danışıqlar zamanı sizin bütün suallarınızı cavablandırmağa hazırıq. Çalışacağıq ki, sizi məyus etməyək", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi C. Borrell Rusiyaya iki günlük səfərə gəlib. Hazırda Rusiya XİN-in Qəbullar Evində onun Sergey Lavrovla ikitərəfli görüşü keçirilir.


Etiketlər:  Lavrov Rusiya arasında münasibətlər normal deyil


RƏYLƏR