Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 19:44
Avrozonada istehlak qiymətləri bu ilin yanvar ayında təxminən 0,9 faiz artıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Eurostat agentliyinin məlumatına görə, bu, gözlənilən yarım faiz inflyasiya səviyyəsindən təxminən iki dəfə çoxdur. İqtisadçılar, görünür, koronavirus pandemiyasının avrozonaya vurduğu ziyanın səviyyəsini lazımi qədər qiymətləndirməyiblər.
Ötən ilin son rübündə inflyasiya mənfi 0,3 faiz təşkil edib. Yeni ildə artım, xüsusən də keçən ilin sentyabr-dekabr aylarında olduğu kimi, enerji daşıyıcılarının qiymətləri ilə izah olunur. Yanvar ayında sənaye malları isə bir neçə ayda ilk dəfə olaraq artıb.