Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 19:52
Çində internet istifadəçilərinin sayı ötən ilin mart ayından bəri 85,4 milyon nəfər artaraq 989 milyona çatıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkədə internetin əlçatanlılığının səviyyəsi də mart ayından sonra 5,9 faiz çoxalaraq 70,4 faizə yüksəlib.
Bildirilir ki, mobil telefonlar vasitəsilə internetə çıxış əldə edənlərin sayı ümumi internet istifadəçilərinin 99,7 faizini təşkil edir. Ümumi internet istifadəçilərinin 300 milyonu kəndlərdə yaşayanlardır.
Qeyd edək ki, Çin internet istifadəçilərinin sayına görə dünyada birincidir. Növbəti yerlərdə Hindistan və ABŞ qərarlaşıb.