Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aviaşirkət 13000 yaxın işçisini ixtisar edəcək

Məşhur aviaşirkət 13000 yaxın işçisini ixtisar edəcək

Tarix: 5 Fevral 2021 21:46

ABŞ-ın aviasiya sahəsində iş yerlərinin saxlanması üçün vəsait ayıran federal yardım proqramının müddəti gələn ay başa çatır. Bununla əlaqədar, ölkədə ən iri aviaşirkətlərdən biri olan "American Airlines" 13.000 əməkdaşını məcburi qaydada ödənişsiz məzuniyyətə göndərməyə hazırlaşır.

Milli.Az bildirir ki, AZƏRTAC şirkətin rəsmi bəyanatına istinadla xəbər verir ki, belə əməkdaşların siyahısına, o cümlədən 1850 pilot, 4245 bort mühəndisi, 1420 texniki xidmət əməkdaşı, 3145 donanmaya xidmət əməkdaşı daxildir.

"American Airlines" şirkəti COVID-19 pandemiyası fonunda uçuşların sayının azalması səbəbindən keçən il 19.000 iş yerini bağlayıb və 8,9 milyard dollar zərərə düşüb. Şirkət rəhbərliyinin fikrincə, beynəlxalq reyslərlə gələn sərnişinlərin məcburi qaydada COVID-19 testindən keçməsi tələbi də bu sahəyə tələbatın azalmasına səbəb olur.

Milli.Az


Etiketlər:  Məşhur aviaşirkət 13000 yaxın işçisini ixtisar edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ