Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 10:06
Çevriliş zamanı hərbçilər tərəfindən həbs edilmiş Myanma Prezidenti Vin Myin prezident sarayından başqa binaya aparılıb, devrilmiş dövlət başçısının yeri məlum deyil.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Demokratiya Uğrunda Milli Liqa" (NLD) Partiyasının ictimaiyyətlə əlaqələr komitəsinin rəhbəri U Çji To bildirib.
"Prezident ailəsi ilə birlikdə prezident iqamətgahından başqa bir evə köçürülüb", - o, feysbukda yazıb.
Digər paylaşımında o bildirib ki, dövlət katibi (faktiki Myanmanın Baş naziri) Aun San Su Çji sağ-salamatdır və əvvəlki kimi ölkənin paytaxtı Neypyido şəhərindəki iqamətgahında dustaq kimi saxlanılır.