Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhurların növbədənkənar vaksinasiyası qalmaqal yaratdı - ''Şəxsən mən Röyanın vaksinasiya olunmasında problem görmürəm''

Məşhurların növbədənkənar vaksinasiyası qalmaqal yaratdı - ''Şəxsən mən Röyanın vaksinasiya olunmasında problem görmürəm''

Tarix: 6 Fevral 2021 12:10

Srağagün müğənni Röya Ayxan növbədənkənar qaydada özünə koronavirusa qarşı vaksin vurdurub. Bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat paylaşıb:

"Bu gün könüllü olaraq peyvənd olundum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun".

Sənətçinin bu addımı cəmiyyətdə suallar yaradıb. Məgər növbədənkənar vaksin vurdurmaq mümkündürmü? Kimlər bu hüquqa malikdir? Bu halda ödəniş edilirmi? Ümumiyyətlə, rəsmi olaraq növbədənkənar vaksin vurdurmağa icazə varmı?

müğənni Röya Ayxan peyvənd ile ilgili görsel sonucu

Onu da əlavə edək ki, artıq bir neçə məşhur növbədənkənar vaksin olunduğu haqda açıqlamalar verir.


Etiketlər:  Məşhurların növbədənkənar vaksinasiyası qalmaqal yaratdı Şəxsən mən Röyanın vaksinasiya olunmasında problem görmürəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ