Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 17:48
Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsinə start veriləcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Opera Euro Rapid"də Azərbaycan şahmatçılarından Teymur Rəcəbov mübarizə aparacaq.
Təcrübəli qrossmeyster ilk oyun günündə 5 şahmatçı ilə üz-üzə gələcək. Rəcəbov Mattias Blübaum (Almaniya), Sem Şenklend, Lenyer Peres Dominges (hər ikisi ABŞ), Yan-Kşiştof Duda (Polşa) və Aleksandr Qrişuka (Rusiya) gücünü göstərməyə çalışacaq. İlk qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
3 gün ərzində keçiriləcək ilkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.
Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. Teymur Rəcəbov Çempionlar Turunun ikinci mərhələsində "Airthings Masters" yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.