Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Varikoz xəstəliyinin 6 GİZLİ SİMPTOMU. Özünüzü yoxlayın!

Varikoz xəstəliyinin 6 GİZLİ SİMPTOMU. Özünüzü yoxlayın!

Tarix: 6 Fevral 2021 22:36

Varikoz xəstəliyi ilk növbədə ayaqlarda göy, şişmiş, genişlənmiş damarlarla assosiasiya olunur. Lakin bu simptomlar xəstəliyin daha gecikmiş mərhələlərində əmələ gəlir.

Əvvəl varikozun ilkin simptomları yaranır. Lakin bir çox insanlar bu simptomlara fikir vermir və ya onları yorğunluq, narahat ayaqqabı və s. kimi səbəblərlə izah edir.

Sizdə bu simptomlar varsa, vaxt itirmdən fleboloqa müraciət edin. İstənilən digər xəstəlik kimi varikoz da ilkin mərhələlərdə daha asan müalicə olunur.  

Beləliklə, varikozun ilin simptomları bunlardır: 

1. Baldırlarda qaşınma və göynəmə hissi

Qan dövranının pozulması nəticəsində toxumalarda toksinlər, ziyanlı maddələr toplanmağa başlayır. Bu da qaşınmaya, dərinin nazilməsi və soyulmasına səbəb olur.

2. Əzələlərdə qıcolmalar

Qıcolmalar əsasən gecə saatlarında  xəstəni narahat edir.

3. Ayaqların dərisinin ağarması, dərinin üzərində tünd ləkələr

Bu da çox təhlükəli simptomlardır və damarların keçiriciliyinin pozulmasına işarə edir.

4. Ayaqlarda ağrılar

Belə ağrılar əvvəl uzun müddət ərzində eyni vəziyyətdə qaldıqda inkişaf edir və tez keçir. Daha sonra isə hətta az müddət ərzində ayaq üstə dayananda əmələ gəlir və uzun çəkir.

5. Ayaqlarda keyimə hissi

6. Ödemlər (şişkinlik)

Damar qapaqlarının pis işləməsi nəticəsində toxumalarda maye yığılmağa başlayır. Bunun nəticəsində də axşamlar və xüsusilə isti havada ayaqlar şişir.  


Etiketlər:  Varikoz xəstəliyinin GİZLİ SİMPTOMU Özünüzü yoxlayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ