Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 22:51
Bir çox alim daha sağlam yaşamaq, ömrü necə uzatmaq lazımdır sualına cavab verməyə çalışır. Tədqiqatçı Jane Clark bununla bağlı son tədqiqatların nəticələrini açıqlayıb. Onun sözlərinə görə, təcrübələr bir vərdişin bədəni gücləndirə biləcəyini və həyata bir neçə il əlavə edə biləcəyini göstərir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bu, 18 saatlıq ac qalmaqdir. J.Clark bu metodun bir neçə vacib incəliklərinin olduğunu qeyd edib. Bunun faydalı olması üçün həftədə bir gün seçməlisiniz, digər altı gündə qidalanma balanslı və sağlam olmalıdır.
Alimlər "X günündə" yeməklərin şərti bir pəncərədə 13:00-dan 19:00-a qədər yeyilməli olduğunu qeyd ediblər. Bundan əvvəl və sonra - heç bir qida qəbul etmək olmaz. Bir neçə tədqiqat göstərir ki, bununla qanda şəkər səviyyəsi yaxşılaşır. Bu xüsusilə 2-ci tip diabetin inkişaf riski olanlar üçün faydalı ola bilər.
Belə bir vəziyyət ürək-damar xəstəlikləri, sinir və böyrək zədələnməsi də daxil olmaqla ciddi sağlamlıq problemləri riskini azalda bilər. 2-ci tip diabetli 10 insanın iştirak etdiyi bir sınaq, aralıqlı aclığın qanda şəkər səviyyəsini əhəmiyyətli dərəcədə aşağı saldığını sübut edib.
Bundan əlavə, mütəxəssislərin fikrincə, aclıq ürək sağlamlığını yaxşılaşdırmaq, qan təzyiqi ilə yanaşı trigliserid və xolesterol səviyyələrini də normallaşdıra bilər.