Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2021 14:54
Dünyanı cənginə alan Covid-19 ən geniş yayılmış virus növüdür. Koronavirus "zoonoz" virusları kimi də tanınır. Bu da o deməkdir ki, heyvanlar da insanları yoluxdura bilər.
Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, aparılan uzunmüddətli araşdırmalardan sonra, Afrikada pişikdən və dəvədən "SARS-CoV", "MERS-CoV" adlı virusların insana keçdiyi məlum olub.
Hazırda dünyada bir çox ev heyvanları virusa yoluxub. Onların əvvəllər COVID-19-a yoluxan insanlarla təmasda olduqları məlum olub.
Əldə edilən məlumatlara əsasən, virusun heyvanlardan insanlara yoluxma riski çox azdır. Covid-19-un heyvanların dərisi ilə insanlara keçə biləcəyinə dair bir sübut isə yoxdur. İnsanlardan heyvanlara yoluxma müəyyən şərtlər altında keçə bilər.
Virusa yoluxmamaq üçün heyvanlarla təmasdan sonra gigiyenaya diqqət yetirmək lazımdır. Çünki onlar insan xəstəliyinə səbəb ola biləcək viruslar daşıya bilir.
Heyvanlarla təmasda olduqdan sonra əllərinizi mütləq yuyun. Yem və suyunu dəyişdirərkən əlcəkdən istifadə edin.
5 yaşından kiçik uşaqların, immun sistemi zəif olan böyüklərin və yaşlıların heyvanların daşıdığı viruslara qarşı daha həssas olduğunu unutmayın.