Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gün ərzində 2 stəkan qəhvə içmək... - İnanılmaz fayda

Gün ərzində 2 stəkan qəhvə içmək... -  İnanılmaz fayda

Tarix: 7 Fevral 2021 16:39

Qəhvə dünyanın ən çox istehlak edilən içkilərindəndir. Türkiyəli mütəxəssislərin fikrincə, qəhvənin faydalı xüsusiyyətləri ilə yanaşı zərərli cəhətləri də var.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, qəhvə tərkibində 1000-dən çox bioaktiv birləşmə olan kompleks qarışıqdır. Tərkibindəki kofein miqdarı qəhvənin növünə, qovrulma dərəcəsinə və bişirmə üsuluna görə dəyişir. 100-150 ml qəhvənin tərkibində 100 mg kofein olur.

Eyni zamanda, tərkibindəki digər bioaktiv maddələr antioksidan, antibakterial, qan şəkəri tənzimləyici, qan yağlarını tənzimləyən təsir əmələ gətirir. Bu faydalı təsirlərin gündə 2-3 stəkanı keçməməsi daha məsləhətlidir.

Gün ərzində 750 mq-dan çox istehlak olunan kofein bədəndə kalsium və maqneziumu artırır. Bu isə sümük sağlamlığına mənfi təsir göstərir. Hamiləlik zamanı gün ərzində 1-2 stəkandan artıq qəhvə istehlak etmək olmaz. Qədərindən artıq kofein qəbulu yuxusuzluq və narahatlığa səbəb ola bilər.

Qəhvə tərkibindəki antioksidan sayəsində xərçəngə qarşı qoruyucu təsiri yaradır. Artıq çəkidən əziyyət çəkənlər də arıqlamaq üçün qəhvə istehla edə bilərlər. Belə ki, gün ərzində 2 stəkan sadə qəhvə içmək maddələr mübadiləsini sürətləndirir.

Milli.Az


Etiketlər:  Gün ərzində 2 stəkan qəhvə içmək İnanılmaz fayda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ