Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2021 18:12
Bir çox qoruyucu maskalar dəfələrlə istifadə üçün yararsız ola bilər, həmin səbəbdən burada faydalılıq və gözəllik arasında balansı tapmaq lazımdır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Sputnik"ə Rusiyanın tanınmış həkim-terapevti, toksikoloq Aleksey Vodovozov bildirib.
O bildirib ki, qoruyucu maskaları dezinfeksiya etmək lazım deyil, çünki bu, təhlükəlidir və nəticə olaraq zərərli buxarla nəfəs almaq olar:
"Bunun üçün spirt də əlverişli deyil. Heç bir başqa antiseptiklə, xlorla və ya digər məhlulla təmizləmək olmaz".
Mütəxəssis həmçinin vurğulayıb ki, parça maskaları istənilən paltar kimi emal etmək lazımdır, yəni istehsal olunduğu materiala uyğun olaraq yumaq: "Bunu kifayət qədər tez-tez etmək lazımdır, çünki maskalar öz funksiyasını yalnız müəyyən saata qədər yerinə yetirir".
Vodovozov məsləhət görüb ki, parçadan hazırlanan maskaları dəyişmək lazımdır: "Qoruyucu maskaların yuyulmağa, sıxılmağa, qurutmağa davamlı olmaları arzuolunandır".
Toxunma maskaların yerinə müdafiə üsulu kimi ikinci növ respiratorlardan da istifadə etmək olar. Mütəxəssis bildirib ki, onlar daha yaxşı, təhlükəsiz və effektiv əvəzetmə ola bilərlər. Həmçinin respiratorlar uzun müddətli emala ehtiyac duymur.