Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Küsülülüyün səbəbi o və qısqanclıq olub'' - VİDEO

''Küsülülüyün səbəbi o və qısqanclıq olub'' - VİDEO

Tarix: 8 Fevral 2021 14:50

Bir çox restoranların işçiləri var. Onların qarşısında söyüş söyən olub. Heç vaxt kişiyə belə söyüşlə müraciət etmərəm. İradım varsa, kübarcasına bildirərəm. Söyüşdən yeddi qat pis təsir bağaşlayar.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "ATV maqazin onlarla" proqramında deyib. Müğənni ad çəkmədən həmkarı Brilliant Dadaşova ilə aralarında yaşanan qalmaqaldan bəhs edib.

Faiq aparıcı Ruslan Ağayevin "Həmkarlarınızdan biri deyib ki, onun əzizlərini, ailəsini təhqir etmisiz" sözlərinə belə reaksiya verib:

"O insan söyüşün birini bir qəpikdən deyirsə, məcbur qalırsan. Qadın ən tərbiyəsiz küçə adamı, kişi kimi söyüş söyürsə, məcbur qalıb cavab verirsən. O hadisə 1998-ci ildə 27 yaşımda olub. İndi 49 yaşım var, etməzdim. Tüpürüb gedərdim.

Küsülülüyün səbəbi o və qısqanclıq olub. Deyib ki, necə olur, mənim bütöv toyu apardığım qiymətə bu adam yarım saata gəlir. Ondan iki il əvvəl səhnədəyəm, necə ola bilər?"

Qeyd edək ki, B.Dadaşova dəfələrlə açıqlamasında F.Ağayevin onun valideynlərini təhqir etdiyini söyləyib.


Etiketlər:  Küsülülüyün səbəbi qısqanclıq olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ