Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 15:12
Moskva vilayətinin Krasnodorsk şəhərində 2 saylı Poliklinikanın Karanovirusla Mübarizə Şöbəsinin baş tibb işçisi Nuranə Eminovanın Sonxeber.net-a müsahibəsini təqdim edirik:
Özünüzü Azərbaycan oxucusuna daha yaxından təqdim edərdiniz...
- 1 ay müddətində 6 min 700 nəfərdən analiz götürdüyümə görə mənə Rusiyada "Qəhrəman tibb işçisi" adı verdilər. Və şəkillərimi Rusiyanın bütün əyalət və şəhərlərində yol kənarı böyük plakatlara yerləşdiriblər.
COVİD-19 pandemiyasını nəzarətdə saxlamaq üçün hansı şərtlər vacibdir?
- Ara məsafəsi saxlanılmaqla, yaxın ünsiyyətin məhdudlaşdırılması ilə koronavirusdan nisbətən qorunmaq olar. İndiki vəziyyətdə insanlarin toplum şəkildə yığılmaları qəti olaraq yol verilməzdir. Qoruyucu maskalardan mütləq istifadə olunmalıdır, əllərin gigiyenasına riayət edilməlidir.
Digər ölkələrdə (Rusiyada) koronalı xəstələrin karantini pozması hallarına qarşı hansı tədbirlər görülür?
- Rusiyada bilərəkdən karantini pozan xəstələr 50 min rubldan (1140 manat) başlayaraq 300 min rubla (6840 manat) qədər cərimə edilirlər. Və bilərəkdən digər insanları yoluxdurursa haqqında həbs qətimkan tədbiri görülür.
COVİD təhlükəsinin sona çatması üçün əsas şərt nədir?
- Bütün pandemiyaların yeganə çıxış yolu insanların vaksinasiya olunmasından keçir.
Əvvəlki həyata qayıtmaq üçün cox vaxt lazım gələcək?
- Bu proses insanlarin vaksinasiyaya olan münasibətindən asılıdır. İnsanlar nə qədər tez vaksinasiya olunarsa, bir o qədər də bu pandemiyadan tez xilas olarıq. Hər bir insanın vaksin olunması vacibdir. Bu, həm bizim koronavirus bəlasından qurtulmağımıza, həm də gələcək nəslin sağlam böyüməsi, təhlükəsizliyi üçün önəmli məsələdir.
Koronavirusla bağlı Azərbaycandakı vəziyyəti necə dəyərləndirərdiniz?
- Artıq Azərbaycanda da vaksinasiya prosesinə başlanılıb. Xalqımıza üz tutaraq demək istəyirəm ki, əgər tez bir zamanda əvvəlki normal həyata qayıtmaq istəyirlərsə, bir nəfər kimi peyvənd olunsunlar. Sosial şəbəkələrdəki qeyri-dəqiq şayiələrə qəti uymasınlar, öz sağlamlıqları haqqında düşünsünlər və koronavirusa adi bir qrip deyib, məsuliyyətsiz yanaşmasınlar. COVİD-19-un onların sandığından qat-qat və təsəvvür edə bilməyəcəkləri qədər təhlükəli bir virus olduğunu başa düşüb, qəbul etsinlər.
Təhməz Əsədov