Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın qapıçısına İspaniyadan təklif

''Qarabağ''ın qapıçısına İspaniyadan təklif

Tarix: 8 Fevral 2021 15:32

"Qarabağ"ın qapıçısı Emil Balayev yenidən legioner həyatı yaşaya bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Azərbaycan millisinin qolkiperi İspaniyadan təklif alıb.

Ağdam klubunda əsas heyətə düşə bilməyən 27 yaşlı oyunçu La Liqa-2 təmsilçisi "Luqo"nun maraq dairəsindədir. Qapı xəttini həmyerlimizlə gücləndirmək istəyən qalisiyalılar transferin qış fasiləsində baş tutması üçün onunla təmasa keçib. Lakin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qapıçının mövsümün sonuna qədər komandada qalmasını məqsədəuyğun bilib.

Bu səbəbdən Balayevlə "Luqo" rəhbərliyi danışıqları mövsümün sonunda davam etdirmək qərarına gəliblər. Ancaq onun "Qarabağ"la müqavilə müddəti 2022-ci ilin yayına qədər olduğundan, ağdamlıların da keçidə razılığını almaq lazım gələcək.

Qeyd edək ki, Emil Balayev Almaniyada "Ayntraxt" və Qazaxıstanda "Tobol"un heyətində legioner həyatı yaşayıb.

Milli.Az


Etiketlər:  Qarabağın qapıçısına İspaniyadan təklif


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ