Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nişanlanan azyaşlı qızın qohumu danışdı: Bizi qınamayın

Nişanlanan azyaşlı qızın qohumu danışdı: Bizi qınamayın

Tarix: 8 Fevral 2021 16:12

Xəbər verdiyimiz kimi, Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində azyaşlı qıza nişan mərasimi keçirilib.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı azyaşlı qızın yaxın qohumu Unikal.org-a açıqlama verib.

O, qeyd edib ki, sosial şəbəkələrdə qızın yaşı ilə bağlı yazılan məlumat həqiqəti əks etdirmir:

"Qızın 11 yox, 14 yaşı var. Qız 9-cu sinifdə oxuyur. Belə tez nişanlanmaq bizdə adətdir. Qızları azyaşlı vaxtında nişanlayırlar ki, başqasına verməsinlər.

Nişanlanan oğlan qızın qohumudur və onun 19 yaşı var. Onlar 3 il nişanlı qalacaqlar. Sonra gənclərin toy mərasiminin keçirilməsi nəzərdə tutulur. Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, bizi qınamasınlar".


Etiketlər:  Nişanlanan azyaşlı qızın qohumu danışdı Bizi qınamayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ