Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 22:45
Böyük Britaniyada hansı yaş qrupunun koronavirusu daha çox yaydığını öyrənmək üçün araşdırma aparılıb.
Sonxeber.net bildirir ki, "Imperial College London" tərəfindən aparılan tədqiqatın nəticələri "Science" jurnalında yayımlanıb.
2020-ci ilin fevralından oktyabr ayına qədər 10 milyondan çox ABŞ vətəndaşının mobil telefon məlumatları, hara getdikləri və harada olduqları araşdırılıb.
Bundan sonra həmin ərazilərdəki ölüm və yoluxma müqayisəli şəkildə təhlil edilib.
Məlum olub ki, COVID-19-a yoluxmanın demək olar ki, 3/4-nü 20-49 yaş arasındakı insanlar yayır.
Bu şəxslərin COVID-19-u yayma nisbəti 41,1 olub.
Britaniyada aparılan araşdırma ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatları ilə uyğunlaşdırılıb.
Bütün 50 ştatda aparılan araşdırmalara görə, koronavirusu 2020-ci ilin mart və avqust ayları arasında ən çox yayan yaş qrupunun 20-29 olduğu müəyyənləşib.
Yoluxanların orta yaşının isə 46-dan 38-ə düşdüyü qeyd edilib.
Bildirilir ki, orta yaş qrupu iş həyatında daha aktiv olduğu və iş fəaliyyətləri səbəbiylə daha çox insanla əlaqə qurduğu üçün virusu daha çox yayır. (publika.az)