Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Droqbanın oğlu İtaliya klubunda

Droqbanın oğlu İtaliya klubunda

Tarix: 9 Fevral 2021 08:40

Fildişi Sahili millisinin sabiq futbolçusu  Didye Droqbanın oğlu İsaak Droqba karyerasını İtaliyada davam etdirəcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu D Seriyası (səviyyəcə 4-cü liqa) təmsilçisi "Folqorye Karateze" ilə müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb. Müqavilənin detalları imzalanmayıb.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə anadan olan İsaak Droqba "Çelsi" futbol akademiyasının yetirməsidir. O, 2019/2020 mövsümündə "Qenqam"ın gənclər komandasında oynayıb.


Etiketlər:  Droqbanın oğlu İtaliya klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ