Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 11:20
Fransa və Avropanın ən yaşlı sakini Lusil Randon 117 yaşı ərəfəsində koronavirusa yoluxub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, COVID-19 onda yanvarın 16-da aşkarlanıb. Randonun xəstəliyi asemptomatik olub.
Onun özünütəcrid mərhələsini nisbətən ağır şəkildə yalnız keçirdiyi qeyd edilir.
Qocalar evinin nümayəndəsinin dediyinə görə, o "xəstəlikdən qorxduğunu" göstərməyib, ancaq "digərləri üçün çox narahatlıq keçirib".
Lusil Randon 11 fevral 1904-cü ildə anadan olub. Gənclik illərində o xəstəxanada işləyib. Sonradan rahibə olub və Andre bacı adını alıb.