Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 11:48
Ümumiyyətlə, ailə özü kəsilməmiş bir qarpızdır. Bilmək olmur... Ailə mürəkkəb münasibətlər aləmidir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev "Mətanətli səhər" proqramında dünyasını dəyişən oğlu Fərid Quliyevdən danışarkən deyib. O bildirib ki, oğlunun tərbiyəsi ilə düzgün məşğul olmayıb, lazımi diqqəti ayırmayıb:
"Mən səyahətlərdə, tamaşalarda olurdum, övladıma diqqət yetirmirdim. Harda olursansa, maraqlanmalısan, övladının kimlərin əhatəsində olduğunu bilməlisən.
Övlad dünyaya gətirirlər ki, ictimai bir insan yetişdirsinlər. Hər valideyn öz övladına dəstək olmalıdır. Bəzi ailələri görürəm ki, özü alimdir, oğlunu da bu cür yetişdirmək istəyir. Əgər ata-ana o istedad qığılcımını görürsə, kömək etməlidir. Zorla heç nə etmək olmaz".
Qeyd edək ki, Xalq artistinin oğlu Fərid Quliyev təxminən 12 il öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 14 il müddətinə həbs cəzası almışdı. 11 illik həbsxana həyatından sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. O, 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.