Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 13:14
Dünyada daşınmaz əmlak bazarı həmişə maraq dairəsində olub. İnsanlar çox vaxt paytaxt və böyük şəhərlərdə mənzil sahibi olmağa çalışırlar. Məhz bu səbəbdən də paytaxtlarda tikililər baha qiymətə olur.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, Bakıda mənzillər kifayət qədər baha satılır.
Qeyd edək ki, digər şəhərlərdə olduğu kimi, Bakının əmlak bazarında da həm "ekonom sinif", həm də lüks mənzillər mövcuddur.
Məsələn "Port Baku Residence"də müştərilərə sahəsi 250-270 kv.m olan mənzillər 1,5-1,7 milyon manata təklif olunur.
Bəs ölkəmizin paytaxtında bir kvadrat metr mənzil orta hesabla nə qədərdir?
2020-ci ildə paytaxtda ikinci dərəcəli mənzilin bir kvadratmetrinin orta qiyməti 1695 manat (997 dollar) təşkil edib.
Bakıda mənzil bazarında köhnə tikililərdə evlərin hər kvadrat metrin ortalama qiyməti 1695 manat (997 dollar) arasında müəyyənləşdirilib.
Lakin təzə tikililərdə evlərin hər kvadrat metrin ortalama qiyməti 1349 manat (793 dollar) arasında müəyyənləşdirilib. Qeyd edək ki, bu binalarda mənzillər müştərilərə təmirsiz formada təklif edilir.
Ən bahalı mənzillər Moskvada, ən ucuz evlər isə Kişinyovda təklif olunur.
Rusiyada
2020-ci ilin sonunda Rusiyanın paytaxtı Moskva şəhərində evlərin kvadrat metrinin ortalama dəyəri 2850 dollar təşkil edib.
Estoniya
Estoniyanın paytaxtı Tallin şəhərində evlərin kvadrat metrinin ortalama dəyəri 2730 dollar təşkil edib.
Belarus
Belarusun paytaxtı Minsk şəhərində evlərin kvadrat metrinin ortalama dəyəri 1320 dollar təşkil edib.
Ukrayna
Ukraynanın paytaxtı Kiyev şəhərində evlərin kvadrat metrinin ortalama dəyəri 1150 dollar təşkil edib.
Latviya
Latviyanın paytaxtı Riqa şəhərində evlərin kvadrat metrinin ortalama dəyəri 980 dollar təşkil edib.
Qazaxıstan
Qazaxıstanın paytaxtı Nur-Sultanda evlərin kvadrat metrinin ortalama dəyəri 850 dollar təşkil edib.
Ermənistan
Ermənistanın paytaxtı Yerevan şəhərində evlərin kvadrat metrinin ortalama dəyəri 850 dollar təşkil edib.
Gürcüstan
Gürcüstanın paytaxtı Tbilisi şəhərində evlərin kvadrat metrinin ortalama dəyəri 675 dollar təşkil edib.
Moldova
Moldovanın paytaxtı Kişinyov şəhərində evlərin kvadrat metrinin ortalama dəyəri 620 dollar təşkil edib.
Türkiyə
Türkiyənin paytaxtı Ankara şəhərində evlərin kvadrat metrinin ortalama dəyəri 455 dollar təşkil edib.
Türkiyənin ən böyük şəhəri olan İstanbulda evlərin kvadrat metrinin ortalama dəyəri 550 dollar təşkil edib.