Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 13:57
Bakı. İlhamə İsabalayeva - Trend:
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəblərimizdə STEAM layihəsinin əhatəsi genişləndirilir. Sevindirici haldır ki, paytaxtdan kənar bölgələrdə və kəndlərdə təhsil alan şagirdlərimiz də artıq bu imkanlardan faydalana bilirlər.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.
Nazir bu gün Şirvan şəhərindəki yeni yaradılan STEAM mərkəzinə tanışlıq səfəri etdiyini qeyd edib:
"Mərkəz Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyində qurulsa da, Şirvan şəhəri və ətraf rayonların məktəbliləri də bu mərkəzdə təşkil olunacaq proqramlarda iştirak edə biləcəklər.
Hazırda STEAM layihəsi 147 ümumtəhsil məktəbində 25 mindən çox şagirdi birləşdirir. Ölkənin 10 müxtəlif bölgəsində bu miqyasda STEAM mərkəzlərin yaradılması planlaşdırılır. Ümumi təhsil pilləsində təhsilalanların bilik və bacarıqlarının dünyanın sürətlə dəyişən tələblərinə cavab verməsi və gələcək əmək fəaliyyətinə dair faydalı səriştələrin formalaşdırılması fəaliyyətimizin önəmli hissəsini təşkil edir".