Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suares Ronaldonun rekordunu qırdı

Suares Ronaldonun rekordunu qırdı

Tarix: 9 Fevral 2021 15:32

"Atletiko"nun futbolçusu Luis Suares üçün La Liqanın 22-ci turunda "Selta" ilə matç (2:2) əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sözügedən görüşdə dubla imza atan uruqvaylı hücumçu Madrid klubu forması ilə La liqada ilk 17 matçında 16 qol vurub. Bununla da, o, 21-ci əsrdə debüt mövsümündə buna nail olan ilk oyunçu olub. Bunun üçün 34 yaşlı futbolçu ən qısa oyun vaxtı lazım gəlib. Bundan əvvəlki rekord 2009/2010 mövsümündə "Real"ın heyətində 17 oyunda 15 qol vuran Kriştiano Ronaldoya məxsus idi.

Xatırladaq ki, Suares 2020-ci ilin sentyabrında "Barselona" dan ayrılaraq sərbəst agent kimi "Atletiko"ya keçib. Onun klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər davam edir.

Milli.Az


Etiketlər:  Suares Ronaldonun rekordunu qırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ